Məqalədə Tülallar təzahüründə filizlərin maddi tərkibi, tekstur-struktur xüsusiyyətləri əsasında ilk dəfə 2 generasiyalı kvars damarları aşkarlanmışdır. Onlar xarici görünüşünə, daşıdıqları filiz mineralları assosiasiyalara görə fərqlənirlər. I generasiyalı kvars damarlarında qızıldaşıyan məhsuldar mis-sulfidləri – tetraedrit-tennantit-tellurovismutit assosiyasiyasında Au dənəciklərin 20-30% – 0,2-0,5 mm və 75% – 0,05-0,02 mm ölçüsündədir. II generasiyalı damarlarda kvars çoxlu sayda pelit hissəciklərilə çirklənmiş, ölçüləri 0,2-1,5 mm-ə qədər dəyişən paralel uzanmış, radial-şüalı kvars dənəciklərindən pulcuqvari serisit-xlorif aqreqatlarından, seyrək epidot dənəciklərindən (psevdomorfozalardan) və idiomorf piritdən ibarətdir.
AxtarışESGI
Arxiv (İl):
№ 4, 2007
Kiçik Qafqazın tülallar zonasının qızıllı filiz cisimlərinin maddi tərkibi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AZ1073, Bakı, B.Ağayev küç. 100(A)
Xülasə
|