Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Neftlərin və onların özlü-elastiki xassələrinin transformasiyasına titrəyişlərin təsiri

A.S.Strekov, A.A.Hacıyev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

|
Məqalədə 6-20 hers kiçiktezlikli elastiki titrəyişlərin Pirallahı və Bibiheybət yataqları neftinin özlu-elastik xassələrinə təsir etməsinin eksperimental tədqiqatlarının nəticələri verilir. Tədqiq olunan neftlərin relaksasiya müddəti spektri və reoloji parametrləri (elastiklik modulu, həqiqi özlülüyü) titrəyişlərin müxtəlif tezliklərində təyin edilmişdir. Titrəyiş tezliyinin artması neftin effektiv özlülüyünün və relaksasiya müddətinin azalmasına, elastiklik modulunun isə artmasına təsir etmişdir. Eyni zamanda, titrəyşin neftin özlülü və elastiki xassələrinə təsir etməsinin onların fiziki-kimyəvi xassələrindən də aslı olması təyin edilmişdir.
ANAS TRANSACTIONS EARTH SCIENCES