Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Mayenin islatma və süxurun islanma qabliyyətlərinin karbohidrogenli mayelərin kapillyar sıxışdırma mexanizminə təsiri

R.Ə.Musayev, F.H.Kərimova, Ş.M.Əliyeva

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

|
Məqalədə xarici səthləri hidrofil kvars və hidrofob karbonatlı süxurlardan düzəldilmiş modellərdən karbohidrogenli mayelərin müxtəlif islatma qabliyyətinə malik suda həll olan səthi-fəal maddə məhlulları ilə düz və əks-axımlı kapillyar sıxışdırma mexanizmi tədqiq edilmişdir. Bu maddə məhlullarının kerosin və Günəşli neftinin səthi-gərilmə əmsalı qiymətlərinə və süxur səthini islatma qabliyyətlərinə təsiri amilləri də öyrənilmişdir.
ANAS TRANSACTIONS EARTH SCIENCES