Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Kiçik Qafqazın adalar qövsü maqmatitlərinin geokimyəvi xüsusiyyətləri, maqmalarin tərkibi və onların mantiya yaxud yer qabığına məxsus olması haqqında

H.V.Mustafayev

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

|
Məqalədə Kiçik Qafqazın mezozoy adalar qövsünün maq¬matitlərində qələvi (Na, Ka, Li, Rb), qələvi-torpaq (Ba, Sr) və sidorofil (Cr, Ni, Co, V) elementlərinin məlumatlarına əsasən bu törəmələrin ilkin maqmalarının tərkibinə və onların generasiya səviyyəsinə baxılır. Müəyyən edilmişdir ki, yuxarı mantiya səviyyəsində inisial toleit bazaltı, mantiya-aşağı Yer qabığı səviyyəsində isə qələvi-torpaq tərkibli maqma diferensasiyaya uğrayaraq, təbəqələşmiş, sonralar kontinental qabığın yuxarı qatlarına qədər qalxmışlar. Belə ki, turş süxurlar, o cümlədən kicik hissə təşkil edən qranitoidlər və qranitlər «təmiz» qranit maqmasının törəməsi yox, hibridləşmiş və kontaminasiyaya uğramış əsası maqmanın törəmələridir.
ANAS TRANSACTIONS EARTH SCIENCES