Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Su hidratlarının yaranma prosesində qaz fazasında metanol inhibitoru itkilərinin azaldılmasi üçün metodikanın işlənməsi

E.Ə.Yusifov

Azərbaycan Memarlıq və İnşaat Universiteti, AZ1073 Bakı, A. Sultanova küç., 5

Xülasə

|
Təcrübədə ən geniş istifadə olunan hidrat inhibitoru – metanolun qaz fazasında baş verən itkilərin qarşısının alınması məqsədi ilə qazın alçaq temperaturlu separasiya qurğularında nəqlə hazırlanması prosesində istifadə olunan digər bir hidrat inhibitoru – dietilenqlikol (DEQ) vasitəsilə absorbsiya edilməsi imkanlarından istifadə etməklə yeni texnologiya işlənib hazırlanmışdır. Bu təklifə görə, qurğuda absorbsiya olunmuş metanol DEQ-nin regenerasiyası prosesində xüsusi rejim əsasında desorbsiya edilir, tutulur və yenidən istifadə üçün sistemə qaytarılır. Bu isə metanolun qaz fazasındakı itkilərini təxminən 25% – ə qədər azaldır.
ANAS TRANSACTIONS EARTH SCIENCES