Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Azərbaycan landşaftlarının tibbi-ekogeokimyəvi diferensiasiya xüsusiyyətləri və onların xəritələşdirilməsi

B.Ə.Budaqov, A.H.Əhmədov, Q.İ.Rüstəmov

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

|
Azərbaycan Respublikası hüdudlarında ayrı-ayrı landşaft qurşaqlarında mövcud geokimyəvi şəraitin insan sağlamlığına təsiri araşdırılmış, müxtəlif landşaft tipləri üçün daha çox səciyyəvi olan xəstəliklər, xüsusilə mikroelementlərin anomal konsentrasiyasının təsirindən yaranan xəstəliklər və onların yayılma dərəcəsi müəyyənləşdirilmişdir. İlk dəfə olaraq bir sıra xəstəliklərlə müxtəlif mikroelementlərin konsentrasiyası arasında korrelyasiya əlaqəsi müəyyən edilmiş, bütünlükdə respublika ərazisi üçün tibbi-ekogeokimyəvi landşaft xəritəsi tərtib olunmuşdur.
ANAS TRANSACTIONS EARTH SCIENCES