Məqalədə qazma şlamı hissəciklərinin su mühitində çökməsinə həsr olunmuş tədqiqatların nəticələri öz əksini tapıb. Analitik və eksperimental tədqiqatlar yolu ilə ilk dəfə olaraq hissəciklərin çökməsi zamanı onların ölçülərinin, çəkilərinin və çökmə sürətinin qanunauyğunluqları alınıb. Göstərilib ki, qazma tullantıları hissəçiklərinin ölçüsü və çəkisi vaxt keçdikcə eksponensial qaydada azalır, həmin mühit üçün sabit dərəcəyə çatır və müşahidələrin vaxtını uzadılmasına baxmayaraq, nisbətən daimi qalır.
Bununla belə, hissəciklərin çökmə sürətinin hesablama sxemi işlənilib. Onun tətbiqi sürətin vaxtla dəyişməsi qanunauyğunluğunu əldə etməy imkan verir.