Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Təhlükəli morfogenetik proseslərin strukturunda baş verən dəyişikliklər və onların dağ geomorfosistemlərinə təsiri (Böyük Qafqazın şimal-şərq yamacının timsalında)

E.K.Əlizadə, S.Ə.Tarixazər

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115, E-mail:
elgeom@mail.ru

Xülasə

|
Məqalədə zəngin faktik materiallar əsasında tədqiq olunan ərazidə ayrı-ayrı ekoloji-geomorfoloji rayonlar daxilində təhlükəli morfogenetik relyef əmələgətirici proseslərin strukturunun ekspert qiymətləndirilməsi aparılmış, dağlıq geosistemlərdə ekodinamiki gərginliyin artmasında onların rolu araşdırılmışdır. Böyük Qafqazda antropogen yüklənmənin fasiləsiz artması şəraitində şimal-şərq yamacı daxilində təhlükəli morfogenetik proseslərin ümumi strukturu müəyyənləşdirilmiş və ekoloji-geomorfoloji gərginliyə görə ərazinin rayonlaşdırılma sxemi təklif edilmişdir.
ANAS TRANSACTIONS EARTH SCIENCES