Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Layda anomal su-neft emulsiyalarının yaranması və işlənmə prosesinin səmərəliliyinin artırılması üçün onların tətbiqinin mümkünlüyü haqqında

N.M.Səfərov, Q.Q.İsmayılov, A.M.Gasımlı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Neftqazelmitədqiqatlayihə» İnstitutu, AZ1012, Bakı ş.,Zərdabi pr.,88

Xülasə

|
Məqalədə təcrübələrə əsasən, lay şəraitində anomal su-neft emulsiyalarının yaranması və işlənmə prosesinin səmərəliliyinin artırılması üçün onların tətbiqinin mümkünlüyü öyrənilmişdir. Müəyyən edilmişdir ki, su-neft emulsiyasının laya vurulması neftverimi əmsalının yüksəlməsinə səbəb olur və tətbiq olunan texnologiyanın səmərəliliyini bir daha təsdiqləyir. Lay şəraitində su-neft emulsiyalarının və durğun zonaların yaranması prosesini dolayı yolla səciyyələndirən, mayelərin süzülmə selinin ekvipotensial xəttləri cizgilərinin tərtibi mümkünlüyünə baxılmışdır.
ANAS TRANSACTIONS EARTH SCIENCES