Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Kiçik Qafqazın Daşkəsən çökəkliyinin maqnetit-hematit lapilli tuffitləri

A.C.İsmayılzadə, K.A.Pənahi

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

|
Kiçik Qafqazın mezozoy yaşlı vulkanoplutonik qurşa­ğı­nın Daşkəsən dəmir-maqnetit yatağı səhəsində gec bat vul­ka­nogen-çökmə kompleksində lay və linzavari tuffitlər yer­ləşir. Tuffit­lərin tərkibinin əsasını dairəvi-ellips formalı tita­no­maqnetit və maqnetit-hematit dənələri təşkil edir. Bu də­nələr öz xarakterik tekstur quruluşlarına görə lapillərə aid olunur. Göstərilən lay və linzalar Daşkəsən dəmir yatağının ətrafında dairəvi şəkildə yer­ləşərək, genetik oxşarlıq təşkil etməsi onların Daşkəsən vulka­nik mərkəzi ilə əlaqəli olma­sına sübutdur.
ANAS TRANSACTIONS EARTH SCIENCES