Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Qazların böhran xüsusiyyətlərinin karbohidrogen kondensatın buxarlanma prosesinə təsirinin öyrənilməsi

M.T.Abasov, Z.Y.Abbasov, V.M.Fətəliyev, N.N.Həmidov, G.H.Məmmədova, R.C.Qasımova

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

|
Məqalədə layda çökmüş retroqrad kondensatın müxtəlif tərkibli qazlarla buxarlandırılaraq çıxarılması məsələsinə baxılmışdır. Tədqiqatlar pVT qurğusunda aparılmış, alınan nəticələr isə riyazi statistikanın tətbiqi ilə analiz olunmuşdur. İlk dəfə göstərilmişdir ki, işçi agentin – qazın böhran parametrləri təzyiq, temperatur, sıxlıq, sıxılma əmsalı və asentrik amil prosesin effektivliyinə çox ciddi təsir edir. Qeyd olunur ki, işçi agentin vurulan qazın tərkibini seçəndə onların ucuzluğundan başqa, maye kondensatda yaxşı həllolma qabiliyyəti də nəzərə alınmalıdır.
ANAS TRANSACTIONS EARTH SCIENCES