Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Abşeron yarimadasının uzun müddət işlənmədə olan yataqlarında lay təzyiqləri dəyişməsinin xüsusiyyətləri (Qala yatağının timsalında)

Ə.Ə.Feyzullayev, E.B.Vəliyeva, А.Z.Həsənov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

|
Məqalədə Abşeron yarımadasının uzun müddət işlən­mə­də olan yataqlarının, bütövlükdə və daha ətraflı Qala yatağı­nın timsalında, lay təzyiqlərinin dəyişmə xüsusiyyətlərinin analizi verilmişdir. Müəyyən edilmişdir ki, yataqların çox­illik iştismarı lay təzyiqlərinin əhəmiyyətli dərəcədə düşmə­sinə gətirib çıxarmışdır. Laya suvurma üsulu ilə yataqda təzyiqləri saxlama tədbirlərinə baxmayraq, lay təzyiqlərinin düşmə dərəcəsi ilkin təzyiqlərə nisbətən 18,5-94,3%-ə bəra­bərdir. Təqdim olunan məsələ Qala yatağının timsalında da­ha ətraflı araşdırılır.
ANAS TRANSACTIONS EARTH SCIENCES