Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Kiçik Qafqazın Xocavənd əyilməsinin traxibazalt-traxidolerit və tefrit-teşenit komplekslərinin mineral paragenezisləri

M.N.Məmmədov, G.C.Babayeva, N.M.Sadıqov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143, Bakı, H.Cavid prospekti, 119

Xülasə

|
Məqalədə Xocavənd əyilməsinin Gec Təbaşir yaşlı traxi­ba­zalt-traxidolerit və tef­rit-teşenit komplekslərinin mineral para­genezislərinin kristallaşma şəraitləri araşdı­rıl­mışdır. Ay­rılmış hər bir paragenezis qeyd olunan komplekslərin ilkin ərintilərinin kris­tallaşma mərhələlərini səciyyələndirir. Müəy­yən olunmuşdur ki, ilkin subqələvi pikrit ərintisinin akku­mulyativ meqakristal daxilolmaları yüksək termobarik sə­rait­də kristallaşmışdır. Nisbətən dərin olmayan maqmatik aralıq ocaqda su buxarlarının müşayiəti ilə tefrit-teşenit komp­lek­sinin effuziv fasiyasının­ mineral paragenezisləri kris­tallaşmış­dır. Bu kompleksin intruziv fasiyasının mineral paragene­zis­ləri hipabisal şəraitdə kristallaşma-qravitasiya diferensiasiya­sının müşayiəti ilə formalaşmışdır. Traxiba­zalt-traxidolerit komp­leksinin mineral paragenezislərinin təş­kilediciləri tər­kib­­lərinə, struktur-optiki tiplərinə və həmçinin kristallaşma ardı­cıl­lıqlarına görə bir-biriləri ilə ox­şar şəraitlərdə əmələ gəl­mişdir. Bu paragenezislərin kristal­laş­ması uçu­cu kompo­nentlərin itirilməsi və kristallaşma diferensiasiyasının nəzarəti ilə baş vermişdir.
ANAS TRANSACTIONS EARTH SCIENCES