Məqalədə bütün mövcud geoloji-mədən və geofiziki məlumatların təhlili əsasında Günəşli yatağının fasilə lay dəstəsinin işlənilməsinin qiymətləndirilməsi verilmişdir. Yatağın ayrı-ayrı sahələrində fasilə lay dəstəsinin kəsilişində layların işlənilmə parametrləri təyin olunmuşdur. Müəyyən edilmişdir ki, yatağın şimal və cənub hissəsində yerləşən bloklar daha çox işlənilməyə məruz qalmışdır. Ən az isə mərkəzi hissəni əhatə edən blokların payına düşür.
Əldə edilmiş materialların təhlili göstərmişdir ki, kəsiliş üzrə cari neftdoyumluluq əmsalının paylanmasında müəyyən qanunauyğunluq mövcud deyildir.