Məqalədə paleobotaniki materialların təhlilinə əsasən Azərbaycanda eopleystosen və neopleystosendə bitki örtüyünün formalaşması tarixi izlənilməklə, onların inkişaf mərhələləri aşkar edilmişdir. Burada Amerika – Şərqi Asiya və Aralıq dənizi tipli flora nümayəndələrinin azalması və mülayim-istiliksevər flora təmsilçilərinin çoxalması aşkar olunmuşdur. Beləliklə, buzlaşma və buzlaqlararası mərhələlərdə floranın növ tərkibinin dəyişməsi və yüksəklik qurşaqları sərhədinin dinamikası müəyyən edilmişdir.
AxtarışESGI
Arxiv (İl):
№ 3, 2013
Eopleystosen və neopleystosendə Azərbaycanın bitki örtüyünün dəyişməsi
Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu AZ1143, Bakı, H.Cavid prosp., 115
Xülasə
|