Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Geomaqnit sahəsi gərginliyinin variasiyalarinda geodinamik rejimin əks olunmasi (Böyük Qafqazin cənub yamaci timsalinda)

A.Q.Rzayev, Q.C.Yetirmişli, S.E.Kazımova

Azərbaycan Milli Elmlər Akademiyası  nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, AZ1001, Bakı, N.Rəfibəyli küç., 25

Xülasə

|
Məqalədə zəlzələ ocaqları mexanizmlərinin və yarılma-blok tektonikasının birgə analizi əsasında Böyük Qafqazın cənub və cənub-şərq yamacları batmasının geodinamik rejim modeli tərtib edilmişdir.

Ümumqafqaz uzunluğu boyunca sağ və sol istiqamət­lər­də qırılıb-qalxma və qırılıb-düşmə çökəkliyi sistemi üzrə və CQ-ŞmŞ istiqamətində eninə yerdəyişmələrin araşdırılma­sın­dan əldə edilən nəticələr ayrı-ayrı blokların saat əqrəbinin hərəkəti istiqamətində və əks istiqamətdə fırlanmasını və bəzi blokların şərq istiqamətinə itələnməsini, Kür çökəkliyi blokunun şimal istiqamətində Böyük Qafqaz strukturunun altına girməsi və cənuba doğru Böyük Qafqazın səthi struk­tu­runun ümumqafqaz istiqamətli qırılıb-qalxma və qırılıb-düşmə sistemi üzrə üstəgəlməsini göstərir. Geodinamik mo­delin şərh edilən xüsusiyyətləri öz əksini uyğun mexanizmə malik seysmik-tektonik mütəhərrikliyi (zəlzələləri) qabaq­cadan göstərən həm geomaqnit sahəsinin lokal gərginlik sahəsində və həm də tədqiq edilən zonanın gərginlik-defor­masiya vəziyyətinin məkan-zaman daxilində yüksəlməsini səciyyələndirən əlamətlərdə öz əksini tapmışdir.

ANAS TRANSACTIONS EARTH SCIENCES