Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Murovdağ qalximi Qoşqarçay filiz-maqmatik sisteminin geoloji-genetik modeli (Kiçik Qafqaz, Azərbaycan)

M.İ.Mansurov

Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23

Xülasə

|
Məqalədə Murovdağ qalxımı daxilində mis-porfir filiz­ləş­məsi üçün ən perspektivli sahələrdən olan Qoşqarçay filiz-maqmatik sisteminin geoloji-genetik modeli araşdırılır. Filiz-maqmatik sistem daxilində mis-porfir filizlərinin lokal­laşmasında srtuktur, maqmatik və litoloji faktorların rolu qeyd olunur. Müəyyən olunmuşdur ki, mis-porfir filizləş­məsi geniş oreolda hidrotermal dəyişilmiş süxurlarla əlaqə­dar­dır. Metasomatik zonallığın ümumiləşdirilmiş sütunu filiz-maqmatik sistemi və göstərilən yataq miqyasında aşağı­da­kı ardıcıllıqla əks olunmuşdur: kvars → çöl şpatı → kvars-serisit → argillizit →propillit.
ANAS TRANSACTIONS EARTH SCIENCES