Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Mingəçevir su anbari bəndinin sağ sahil zonasinda sürüşmə müstəvisinin 2D dərinlik modeli

Ə.M.Salamov, F.Ə.Qədirov

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

|
Mingəçevir su anbarının sahil zonasında sürüşmə proseslərini öyrənmək məqsədilə tərkibinə komp­leks elektrik kəşfiyyatı üsulları daxil edilmiş monitorinq şəbəkəsi qurulmuş və mütəmadi olaraq təd­qiqatlar aparılmışdır.

Aparılmış kompleks geofiziki tədqiqatlar nəticəsində sahədə ehtimal olunan sürüşmə kütləsinin qa­lınlığı, sürüşmə müstəvisinin yatma dərinliyi, müxtəlif istiqamətli pozulma xətləri aşkar edilərək izlə­nilmiş və sürüşmə proseslərindən mühafizə tədbirləri təklif edilmişdir.

ANAS TRANSACTIONS EARTH SCIENCES