Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Dəniz neft yataqlarının işləmə rejimlərinin analitik üsullarla təyini

F.Gumrah, A.Əliyev, O.Ozavçi

1 – Genel Energy, Dumlupinar Bulvarı, No 3A-10, Ankara, Türkiyə, E-mail:
fevzi.gumrah@genelenergy.com
2 – BP Caspian, 153, Neftçilər pr., Bakı, AZ1010, E-mail:
ala6ju@bp.com
3 – Bahar Energy Operating Company, Zig şossesi, Gum Adası, Bakı, AZ1011, E-mail:
omur.o@baharenergy.az

Xülasə

|
Məqalədə Azərbaycanın Qum-dəniz neft yatağında (blok 7, FLD – Fasilə lay dəstəsi) işlənilmə tarixinin məlumatları, layın kollektor xüsusiyyətləri və flüidin xarakteristik məlumatları əsasında FLD-nin məhsuldarlıq göstəriciləri, ilk neft ehtiyatı, orta lay təzyiqi, daban suyunun basqısı, flüidin doyumluluq əm­salları, neftvermə əmsalı və işlənilmə rejiminin təyininin prak­tiki üsulları araşdırılır. Ehtimal olunan ilk neft ehtiyatı həcm üsulu ilə 38.5 MMstb, material balans analizii lə 35.39 MMstb təyin edilmişdir. Bu isə onu təsdiq edir ki, FLD-dən çıxarılan karbohidrogen 7-ci blokla sərhədlənən quyular vasitəsilə hasil olunmuşdur.Yataq özünün ilk dövründə tükənmə, elastiki və ma­ye həcminin genişlənməsi rejimləri ilə, sonradan isə lay su­yunun dövrəyə girməsi nəticəsində su basqı və tükənmə re­jim­­ləri ilə işlənilmişdir. Cari neftvermə əmsalının 25% olduğunu bilərək, maksimum neftvermə əmsalı 37% proqnozlaş­dırıl­mış­dır. Layı xarakterizə edən parametrlər (süzülmə-tutum para­metrləri, keçiricilik, məsaməlilik, layın deformasiyası, işlənilmə rejimləri) haqqında məlumatların əldə olunması layın işlənilmə strategiyası və neft hasilatının artırılması istiqamətində apa­rılacaq işlərdə əsas rol oynayır.
ANAS TRANSACTIONS EARTH SCIENCES