Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Məhsuldar və qırmızırəng qatların formalaşma şəraitinin geokimyəvi meyarlar əsasında paleorekonstruksiyasi (Abşeron-Balxanyanı zonasının timsalında)

Ə.Ə.Feyzullayev, Ə.N.Babazadə

Azərbaycan MEA Geologiya və Geofizika İnstitutu, AZ1143 Bakı, H.Cavid prospekti, 119

Xülasə

|
Məqalədə oksid və mikroelementlərin nisbəti, məlum geo­kim­yəvi və meyarla kompleksindən istifadə edilərək, qırmı­zı­rəng və məhsuldar qat filizlərinin formalaşması şəraitininin, paleorekonstruksiyasının Abşeron-Balxanyanı zonasının nümu­nəsi əsasında araşdırılmasına cəhd edilmişdir. Qırmızırəng və məhsuldar layların formalaşması şəraitinin ümumi və fərqlən­dirici xüsusiyyətləri müəyyən edilmiş, qırmızırəng qatların boz-qırmızı boyanmasının diagenetik təbiəti əsaslandırılmışdır. Ab­şe­ron-Balxanyanı zonasının nümunəsi əsasında əldə edilmiş nəticələr Cənubi Qafqaz hövzəsinin aşağı pliosen süxurlarının formalaşması şəraitinin mövcud nəzəriyyəsi ilə uzlaşır.
ANAS TRANSACTIONS EARTH SCIENCES