Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

İqlim dəyişmələrinin Bakı və Abşeron yarımadasında isti hava dalğalarına təsiri

C.N.Əhmədova, U.R.Tağıyeva

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

|
Məqalədə Abşeron yarımadasında yay aylarında havanın temperatur anomaliyaları, isti hava dalğalarının təkrarlanması və davamiyyəti tədqiq edilmiş, qlobal iqlim dəyişmələri fonun­da bu göstəricilərin dəyişmə tendensiyası təhlil olunmuşdur. Araşdırmalar göstərir ki, son dövrlər Abşeron yarımadasında müs­bət temperatur anomaliyaları üstünlük təşkil edir və Bakı şəhərində orta maksimal temperaturlar, xüsusən də avqust ayında xeyli yüksəlmişdir. Müasir iqlim dəyişmələri nəticə­sində son 25 ildə isti hava dalğalarının istər təkrarlanmasının, istərsə də davamiyyətinin artması müşahidə edilir.
ANAS TRANSACTIONS EARTH SCIENCES