Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Mehmana filiz rayonunun mis-porfir filizi yataqlarının qızıllılığına dair (Kiçik Qafqaz, Azərbaycan)

M.İ.Mansurov

Bakı Dövlət Universiteti AZ1148, Bakı, Z.Xəlilov küçəsi, 23, E-mail:
mamoy_mansurov@mail.ru

Xülasə

|
Məqalədə mehmana filiz rayonunun mis-porfir filizi yataq­larının tektonik mövqeyindən, filizdaşıyan intruzivlərin tərki­bindən, əsas və yanaşı komponentlərin miqdar və nisbətindən asılı olaraq, qızıllılığı araşdırılır. İki mərhələdə təzahür etmiş məhsuldar minerallaşma müəyyən olunmuşdur: 1)kvars-molib­den, kvars-xalkopirit; 2)kvars-xalkozin-pirit-xalkopirit, sfalerit, qalenit-qızıl-nadirmetal. Birinci mərhələdə qızıl qeyri-bərabər sax­lanılır və pirit və xalkopirit toplayıcı minerallar hesab olu­nur. İkinci mərhələdə qızıldaşıyan minerallar qalenit, sfalerit, həmcinin tutgunfilizlər və telluridlərdir. Filizlərin mineral tər­kibindən asılı olaraq,üç qızıldaşıyan assosiasiya ayrılır: kvars-molibdenit-xalkopirit, kvars-pirit-xalkopirit və kvars-qalenit-sfalerit.
ANAS TRANSACTIONS EARTH SCIENCES