Kür və Qabırrı çayları arasında üst təbaşir çöküntülərinin neft və qazlılıq perspektivliyinin təyini istiqamətində əvvəlki araşdırmalar bütün region üçün ümumiləşdirilən və ekstrapolyasiya olunan Gəncə və Muradxanlı NQR-də aparılmış ümumiləşdirici işlərin əsasında edilmişdir.
Elmi məqalələrin, geofiziki araşdırmaların nəticələrinin və qazıma məlumatlarının ümümiləşdirilərək sistemləşdirilməsi əcasında litofasial və struktur-tektonik xüsusiyyətlərin analizi aparılmış, Üst təbaşir çöküntülərinin səthində aşkar olunmuş qırılma pozulmalarının xarakteri və təsirləri dəqiqləşdirilmiş, ərazinin neft və qazlılıq perespektivliyi proqnozlaşdırılmışdır.
Aparılmış analizlərdən nəticə çıxartmaq olar ki, hal-hazırda tədqiq olunan regionda geoloji kəşfiyyat işlərinin aparılması üçün ən böyük perspektivliyə dərində yatan Təbaşir çöküntüləri malik olsa da, bu işlərin indiki zamanda aparılması iqtisadi cəhətdən çox çətindir.