Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Neftin sıxışdırılmasına suların kimyəvi tərkibinin təsiri

Ü.Ş.Mehdiyev

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Azneft” İstehsalat Birliyi, AZ1033, Bakı, Ağa Nemətulla kuc.,105, Е-mail:
aznsetli@azdata.net

Xülasə

|
Məqalədə cod və qələvi suların, onların müxtəlif nisbətlərdə qarışıqlarının neftin laydan sıxışdırılmasına təsiri öyrənilmiş və qeyri-nyuton neftlərinin laydan sıxışdırılma əmsalının böyük qiymətinin (0,58) qələvi suların tətbiqi nəticəsində əldə olunduğu isbat edilmişdir. Neftin laydan sıxışdırılmasının səmərəliyini artırmaq üçün istifadə edilən qarışıq sulara 0,2-0,5% karbohidrogen reagenti və ‘M’ elektroliti əlavə etməklə neftsıxışdırma əmsalı 0,8-0,9-a çatdırılmışdır ki, bunun da külli miqdarda qalıq neft ehtiyatına malik yataqların işlənməsinin başa çatdırılmasında böyük əhəmiyyəti vardır.
ANAS TRANSACTIONS EARTH SCIENCES