Tarixi faktlar, kartoqrafik məlumatlar və toponimik təhlil əsasında Ermənistanda coğrafi adların mərhələli və kütləvi dəyişdirilməsi və Azərbaycanmənşəli toponimlərə qarşı kartoqrafik təcəvüzün baş verməsi göstərilir.
Yerli Azərbaycan-türk adlarının saxtalaşdırılması, təhrif olunması və dəfələrlə dəyişdirilməsi yolu ilə onların müxtəlif üsullarla erməniləşdirilməsi Ermənistan dövlətinin məqsədyönlü siyasəti kimi xarakterizə olunur.
Məqalədə erməni millətçiləri tərəfindən aparılan əsil vəhşi siyasətin perspektivsizliyi əsaslandırılır.