Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi | Geologiya İnstitutu

Beynəlxalq elmi jurnal

ONLINE:2522-4298PRINT:2522-4301
AxtarışESGI
Arxiv (İl):

Gəncə-Qazax iqtisadi rayonu şəhərlərinin formalaşması və perspektiv inkişafı

N.H.Əyyubov, N.B.Paşayeva

Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ1143, Bakı, H.Cavid prosp., 115

Xülasə

|
Məqalədə Gəncə-Qazax iqtisadi rayonunda şəhər məskunlaşmasının formalaşma və inkişaf xüsusiyyətləri araşdırılır. İqtisadi və sosial inkişaf fonunda şəhərlərin və qəsəbələrin demoqrafik inkişafı tədqiq edilir.

Müstəqillik dövründə baş verən ictimai-siyasi, sosial-iqtisadi dəyişikliklərin və gərginliklərin şəhərlərin inkişafına təsiri müəyyənləşdirilir. Onların istinad-dayaq karkasları kimi funksiyalarını yerinə yetirə bilmədikləri aşkarlanır. Mühüm hərbi-strateji mövqeyi ilə əlaqədar şəhər və qəsəbələrin iqtisadi rayon və respublika miqyasında səmərəli funksiya göstərmələri üçün əsas inkişaf istiqamətləri müəyyənləşdirilir. Gəncə şəhərinə regional mərkəz kimi daha çox əhəmiyyət verilir.

ANAS TRANSACTIONS EARTH SCIENCES